21 aprel 2025 19:55
94

Tramp: FED faizləri azaltmasa...

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) dərhal faiz dərəcələrini azaltmayacağı təqdirdə, ölkə iqtisadiyyatının yavaşlaya biləcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.

“Çoxları faiz dərəcələrinin “profilaktik azaldılması”na çağırır. Enerji daşıyıcılarının xərcləri, ərzaq qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşdüyündən, bir çox digər “əşyaların” da qiymətlərində azalma tendensiyası müşahidə olunduğundan inflyasiya demək olar yoxdur”, - o vurğulayıb.

Bununla belə, Trampın sözlərinə görə, bu müsbət eniş tendensiyası FED sədri Cerom Pauellin faiz dərəcələrini indi azaltmayacağı təqdirdə iqtisadiyyatı yavaşlada bilər.

“Avropa artıq 7 dəfə faiz dərəcələrini aşağı salıb. Pauel isə əvvəlcə yuxulu Cozef Baydenin, sonra isə Kamala Harrisin seçilməsinə kömək etmək məqsədilə seçkiqabağı dövrlər istisna olmaqla, həmişə gecikib. Sonda nə oldu?”, - Amerika lideri fikrini yekunlaşdırıb.