21 aprel 2025 20:09
86

Dünyada qüvvələr balansı dəyişir - Ömer Çelik

Terror dəftərini tamamilə bağlayacağıq.

“İki sahil” xəbər verir ki, bunu Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik brifinqdə çıxışında deyib.

O, terrorla mübarizənin davam edəcəyinə diqqət çəkib. Ö.Çelik qeyd edib ki, Türkiyənin ən böyük gücü demokratiyanın gücüdür.

O bildirib ki, dünyada qüvvələr balansı dəyişir: "ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra rəsmi Vaşinqtonun rüsum siyasəti bu məsələdə xüsusi rol oynayır. Şimalımızda Rusiya-Ukrayna müharibəsi, cənubumuzda Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə yeni hökumətin qurulması və sair məsələləri xüsusi qeyd etmək istəyirəm”.