22 aprel 2025 17:25
115

AHİİTA-nın qadın güləşçiləri ölkə birinciliyində komanda hesabında çempion olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) qadın güləşçiləri Astarada keçirilən ölkə birinciliyində komanda hesabında çempion olub.

“İki sahil” xəbər verir ki, qadın güləşi üzrə U15 və U17 yaş kateqoriyalarında Astarada təşkil olunan ölkə birinciliyində AHİTA komandası 107 xalla birinci yeri tutaraq çempionluq tituluna layiq görülüb.

AHİİTA-nın idmançıları bu mötəbər yarışda 3 gümüş və 6 bürünc medal qazanaraq komandanın ümumi nailiyyətinə böyük töhfə veriblər.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası bu uğurda əməyi keçən bütün məşqçiləri, idmançıları və təşkilati heyəti təbrik edir, növbəti yarışlarda daha böyük qələbələr arzulayır.