Rusiya müharibənin 1154-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 661 təyyarəsi, 283 helikopteri, 53 034 PUA-sı, 604 zenit-raket kompleksi, 22 985 tank və digər zirehli texnikası, 1 546 reaktiv yaylım atəş sistemi, 23 962 artilleriya və minaatanı, 34 416 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.