22 aprel 2025 22:54
234

SOCAR prezidentinin müşaviri Məmməd Əlizadə Çikaqoda keçirilən panellərdə çıxış edib

ABŞ-nin Çikaqo şəhərində təşkil olunan “Wolters Kluwer Sustainable Performance” Forumunda (SPF25) iştirak edən SOCAR prezidentinin müşaviri Məmməd Əlizadə “İnsan amili, texnologiya və Süni İntellekti birləşdirmək: SƏTƏMM-nin gələcəyi” (Bringing together the human element, technology and AI: The future of EHS) və “Əmək fəaliyyətinə nəzarətin gələcəyinin formalaşdırılması: Baxışlar və innovasiyalar” (Shaping the Future of Control of Work: Insights and Innovations) mövzularında keçirilən panellərdə çıxış edib.

“İki sahil” xəbər verir ki, Məmməd Əlizadə SOCAR-ın uzunmüddətli korporativ hədəflərindən danışıb, enerji keçidi, rəqəmsallaşma, innovasiya, əməyin təhlükəsizliyi və dayanıqlı inkişafın prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini vurğulayıb, bu istiqamətdə görülən işlər və əldə edilən nailiyyətlərdən danışıb.

Panel müzakirələrində, həmçinin sənaye liderləri və sahə üzrə ekspertlər korporativ SƏTƏMM idarəetmə sistemlərinin innovativ və rəqəmsal transformasiyası ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar.