İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərində bütün sahələr, o cümlədən ticarət və sərhəd vilayətlər üzrə əməkdaşlığın inkişafında yeni səhifənin açılacağına ümid edilir.
“İki sahil” xəbər verir ki, bunu İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfəri çərçivəsində bir çox proqramlar nəzərdə tutulub: "İki qardaş ölkə arasında tarixi bağlar mövcuddur".
M.Sənayi İran prezidentinin Azərbaycana 28 apreldə səfər edəcəyini qeyd edib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək