Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri bir daha göstərir ki, Qlobal Cənubun mühüm üzvləri olan hər iki ölkə çoxtərəfli platformalarda sıx əməkdaşlığı dəstəkləyir, Asiya və Cənubi Qafqaz bölgələrini birləşdirən beynəlxalq ədaləti müdafiə edirlər
Prezident İlham Əliyevin bu günlərdə Cinin Sinxua agentliyinə müsahibəsi, bu ölkəyə dövlət səfəri iki ölkə arasında tarixi ənənələrə əsaslanan əməkdaşlığın sarsılmazlıq nümunəsidir. Uzaq məsəfələri yaxınlaşdıran Tarixi İpək Yolu ilə taleləri birləşən hər iki ölkə arasında ta qədim zamanlardan müasir dövrümüzə qədər qorunan, xüsusilə nəqliyyat əlaqələri, qlobal əhəmiyyətli Orta Dəhliz layihəsi ilə sələfliyə varislik ənənəsi davam etdirir.
Ötən ilin iyul ayında Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirgə görüşündə Çinlə əməkdaşlığının yeni səhifəsini yazan Azərbaycanın təşkilata dialoq tərəfdaşı kimi qəbulu rəsmi Pekinlə əlaqələri yeni istiqamət üzrə daha da genişləndirib. Cənubi Qafqazda sabitliyin qarantı kimi tanınan Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olunan, NATO və Avropa təsisatları ilə də əməkdaşlığı qarşılıqlı münasibətlər, eləcə də, antiterror koalisiyası tərkibində davam etdirən Azərbaycanın təşkilatla daha yaxından əlaqələri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirib.
Regional təhlükəsizliyin təmin edilməsi, terrorizmə, separatizmə və ekstremizmə qarşı mübarizədə fəal rol oynayan, «Böyük yeddiliyin” alternativi» adlandırılan ŞƏT-in dialoq tərəfdaşı statusuna malik olması Azərbaycanla Çin arasında qarşılıqlı etimad münasibətlərini gücləndirir. Siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlıq genişləndirilir.
Orta Dəhliz layihəsinin önəmli halqası olan Zəngəzur dəhlizinin bəpasında maraqlı olan ŞƏT -ın Səmərqənddə keçirilən Sammitində bu infrastrukturla bağlı fikirlərini «Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin bu fikirləri təşkilata marağı daha da artırmışdır.
Prezident İlham Əliyevin ŞƏT-in «Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq» mövzusuna həsr olunan Astana Zirvə görüşündə iştirakı, Azərbaycanın mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin əsas iştirakçılarından olması ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhlizin tərkib hissəsinə çevrilməsi ilə Avrasiya məkanında əsas tranzit qovşağına malik ölkəmizin dünyanın nəqliyyat xəritəsinin yenilənməsindəki rolu təkzibolunmaz reallıqdır.
Bu günlərdə Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində ŞƏT-in Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında» Birgə Bəyannamənin” qəbulunu qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji əməkdaşlığın mühüm amilləri kimi dəyərləndirən Prezident İlham Əliyev əlaqələrin perspektivlərindən də bəhs edib. Bildirib ki, 2024-2025-ci illərdə ŞƏT-ə sədrlik edəcək Çinin Dövlət Başçıları Şurasının 25-ci iclasına ev sahibliyi də ələamətdar olacaq. «Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək» söyləyən Prezident İlham Əliyev Azərbaycanın ŞƏT-də dialoq üzrə tərəfdaş statusunu da yüksək dəyərləndirib. ŞƏT ilə əməkdaşlığı sayəsində ölkəmiz terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizədə , regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələrdə fəallıq göstərir. Regionda etibarlı tərəfdaş kim özünü təsdiqləyən Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməklə
qlobal iqtisadi məsələ olan Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində təşəbbüskarlıq göstərir.
Çin kimi, Azərbaycan da Qlobal Cənubun mühüm üzvləri kimi çoxtərəfli platformalarda sıx əməkdaşlığı dəstəkləyir və beynəlxalq ədaləti səmərəli şəkildə müdafiə edir. Hazırda Çinlə Azərbaycan biri-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərinə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdərək etibarlı tərəfdaşlar kimi siyasi, iqtisadi, nəqliyyat-kommunikasiya sahələrində əlaqələrini genişləndirirlər. Hər iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı, münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, müsbət dinamikaya malik münasibətlər Asiya və Cənubi Qafqaz bölgələrini birləşdirən başlıca amildir. Hər iki ölkənin rəsmi nümayəndələrinin qarşılıqlı səfərləri, ÇXR-in Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə kimi dəyərləndirilib.
İki ölkə arasında iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. Çin ölkəmizin dördüncü böyük ticarət tərəfdaşıdır və ilk dəfə əsas idxal mənbəyinə çevrilib. Noyabrın 24-də Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, qədim el sənəti olan xalçaları, nar şirələri və başqa yüksəkkeyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur. Qlobal əhəmiyyət malik «Kəmər və yol»” təşəbbüsü iki ölkə arasında praktik əməkdaşlığın inkişafında başlıca amil kimi daim diqətdə saxlanılır. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, münasibətlərin perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizm kimi birgə fəaliyyətdədir. Bu gün Azərbaycanda 298-si aktiv olmaqla Çin kapitalı ilə 375 şirkət qeydə alınıb. Azərbaycan «Bir kəmər, bir yol» layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Çünki «Kəmər və yol» layihəsi təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. «Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir» söyləyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda həyata keçirilən yol- nəqliyyat layihələrinin önəmini diqqətə çatdırıb. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı «Kəmər və yol»” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün mövcud imkanlar genişləndirilir. Beynəlxalq aləmdə təsdiqlənən reallıq budur ki, Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur.
Sivilizasyaların mərkəzində yerləşən iki ölkə arasında əlaqələr təkcə siyasi, iqtisadi məsələləri deyil, səhiyyə, təhsil, humanitar sahələri də əhatə edir. Çin və Azərbaycan qədim İpək Yolu sivilizasiyasının mərkəzində yerləşdiyi üçün dünya iqtisadiyyatının inkişafında da önəmli rol oynayırlar. Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin öyrənilməsi proqram əsasında tədris edilir. Azərbaycanlı tələbələr arasında Çin dilinə maraq artır. Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyət göstərir.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri ilə əməkdaşlığın istiqamətləri daha da genişlənəcək.
Prezident İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşündə iki ölkə arasında davamlı inkişaf, qazanılan nailiyyətlər yüksək dəyərləndirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxan münasibətlər regional əhəmiyyəti ilə də fərqlənir. Azərbaycanın daim «Vahid Çin»” siyasətini dəstəkləyir.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətlərin əks olunduğu «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında» Birgə Bəyanatın imzalanması qarşılıqlı siyasi etimadın nümunəsidir. Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı imzalanan sənədlər, qarşıdurmaya yönəlmiş geosiyasi oyunların qeyri-məhsuldar adlandırılması dövlət başçılarının diplomatiyasının və ən yüksək səviyyədəki mühüm razılaşmalarının ifadəsi idi.
Beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi ilə bağlı razılıqlar Asiya və Cənubi Qafqaz ölkələrinin birgə fəaliyyətini təsdiqləyən amil kimi dəyərləndirildi. «Bir kəmər, bir yol» təşəbbüsünün , Azərbaycanın İpək Yolunun dirçəldilməsi ilə bağlı ” göstərdiyi səylər dəstəkləndi, 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyaları barədə razılıqlar əldə olundu. Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunun gücləndirilməsi tövsiyə olundu.
Bəyanatda qeyd olunduğu kimi, tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər. Azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamaq təklifi dəstəkləndi. Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. İki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edən bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığa diqqətin artırılması başlıca məsələ kimi bəyənatda qeyd olundu. Hökumətlər arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanması yüksək qiymətləndirildi. Qeyd edildiyi kimi, Çin təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıqda maraqlıdır.
Mədəniyyət , turizm, idman, kinemotoqrafiya və televiziya sahələrində əməkdaşlığına ələaqələrin humanitar siyasəti kimi diqqətinartırılması tövsiyə olundu. Çinin Azərbaycanın minatəmizləmə işinə dəstəyi yüksək qiymətləndirildi. Azərbaycanın Çinin BMT-də irəli sürdüyü «Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü»”nün elan edilməsinə dair qətnaməsi yüksək dəyərləndirildi.
Göründüyü kimi, Prezident İlham Əliyevin Çinə dövlət səfəri beynəlxalq səviyyəli təşəbbüslərlə zəngin olmaqla, dünya siyasətinə verəcəyi töhfələr baxımından da yaddaqalan oldu.
Xuraman İsmayılqızı, «İki sahil»