24 aprel 2025 16:09
326

Vardi "Lester"dən gedir

"Lester"in 38 yaşlı hücumçusu Ceymi Vardi cari mövsümün sonunda klubdan ayrılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə 38 taşlı forvard özü danışıb.

O, klubun saytına açıqlamasında komanda ilə vidalaşacağın bildirib.

Vardi 2012-ci ildən "Lester"də oynayır. İngiltərəli futbolçu komanda ilə Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəlib. O, 2015/2016 mövsümündə isə "Lester"in İngiltərə çempionluğunu qazanmasına kömək edib. Həmi vaxt Ceymi Premyer Liqada Mövsümün oyunçusu seçilib.