24 aprel 2025 17:48
118

Rusiyanın beynəlxalq ehtiyatları 681,3 milyard dollara çatıb

Rusiyanın beynəlxalq ehtiyatları yeni tarixi maksimuma çatıb və 681,3 milyard dollar təşkil edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının məlumatları göstərir. Bir həftə ərzində bu rəqəm 25,5 milyard dollar (+3,8%) artıb.

Rusiyanın beynəlxalq ehtiyatları aprelin 4-də əvvəlki rekorduna çatıb. Həmin vaxt bu rəqəm 658 milyard dollar təşkil edirdi. Mərkəzi Bank bu tendensiyanı ehtiyatların müsbət yenidən qiymətləndirilməsi ilə izah edib.

Ötən ilin aprelində ehtiyatların həcmi 590,3 milyard dollar olub.