ABŞ Suriyaya qarşı birtərəfli sanksiyaları ləğv etməyə tələsmir.
“İki sahil” xəbər verir ki, bu barədə hazırda ABŞ Dövlət Departamentinin Yaxın Şərq Məsələləri Bürosunda yüksək vəzifəli şəxs olan amerikalı diplomat Tim Linderkinq bildirib.
“Əlbəttə, biz Suriyaya, onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmişik. Onlar bir anda ləğv edilməyəcək. Bəzi ölkələrdən fərqli olaraq Suriyaya qayıtmağa tələsməyəcəyik. Bütün dövlətlərin Suriyanın yeni hökuməti ilə qarşılıqlı əlaqədə hərəkət etmələrinə hörmət edirik. Digər ölkələrin bu problemləri necə nəzərdən keçirməli olduğunu diktə etmək bizim işimiz deyil. Tərəfdaşlarımızdan bəzilərinin yenidən səfirlik açmaq, Dəməşqdə bayraq qaldırmağa can atdıqlarını görürük. ABŞ olaraq biz hələ bu nöqtəyə gəlməmişik”, - o, Amerika-Ərəb münasibətləri üzrə Vaşinqtonda yerləşən qeyri-hökumət milli şurasının keçirdiyi onlayn seminarda çıxışı zamanı deyib.
Linderkinq vurğulayıb ki, Dəməşqdəki keçid hökuməti onun haqqında danışdığı istiqamətlərdə əsaslı addımlar atarsa, sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirəcəklər.