26 aprel 2025 12:25
130

Tramp: Rusiya və Ukrayna atəşkəs razılaşmasına çox yaxındır

ABŞ prezidenti Donald Tramp katoliklərin ruhani lideri Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gedib.

İki sahil”in məlumatına görə, o, Romada olduğu zaman “Truth Social” platformasındakı hesabında Rusiya və Ukraynanın atəşkəs razılaşmasına çox yaxın olduqlarını paylaşıb və iki tərəfi bir araya gəlib razılaşmanı yekunlaşdırmağa çağırıb: "Mən Romaya indicə endim. Rusiya və Ukrayna ilə danışıqlar üçün yaxşı gündür. Onlar razılığa çox yaxındırlar və iki tərəf bunu yekunlaşdırmaq üçün indi çox yüksək səviyyədə bir araya gəlməlidir. Mühüm məqamların çoxu razılaşdırılıb. Qan tökülməsini dərhal dayandırın. Bu amansız və mənasız müharibənin sonunu asanlaşdırmaq üçün lazım olan hər yerdə olacağıq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”