“Titanik”dən sağ çıxan şəxsin məktubu hərracda 300 min funt-sterlinqə satılıb
“İki sahil” xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
Məktubun müəllifi “Titanik”də birinci dərəcəli səyahət edən polkovnik Arçibald Qreys məktubunda gəmi haqqında ilk təəssüratlarını bölüşüb.
“Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimi sonuna qədər gözləyəcəyəm”, – yazıda qeyd olunub.
Məktub 10 aprel 1912-ci ildə yazılıb.
Qeyd edək ki, qəzadan xilas edilən Qreysi Nyu Yorka qayıdır və faciə barədə “Titanik barədə həqiqət” kitabını yazır. Hipotermiyadan sağala bilməyən polkovnik 1912-ci ilin dekabrında vəfat edib.