Boks üzrə kadetlər arasında keçirilən zona birinciliklərinin final mərhələsində ölkənin müxtəlif şəhər və rayonlarının klubları və idman cəmiyyətlərini təmsil edən 50 komandanın 153 idmançısı mübarizə apardı.
“İki sahil” xəbər verir ki, 5 gün davam edən yarışın sonunda 17 çəki dərəcəsi üzrə qaliblər və mükafatçılar müəyyənləşdi. Turnirin komanda hesabında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) 2 qızıl və 1 bürünc medalla üçüncü yeri tutdu.
Respublikanın Əməkdar Məşqçi-Müəllimi Rüstəmov Ceyhunun rəhbərliyi altında çıxış edən idmançılar yarışda aşağıdakı nəticələri qazanıblar:
Rəsulov Mehran — 75 kq çəki dərəcəsində qızıl medal
Ağakisiyev Yusif — 80 kq çəki dərəcəsində qızıl medal
Abdullazadə Raul — 70 kq çəki dərəcəsində bürünc medal