SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) tələbə və əməkdaşlar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
“İki sahil” xəbər verir ki, BANM rektoru Elmar Qasımov tədbirin açılışında çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanına, xüsusilə də şahmatın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, şahmatın gənclərin intellektual inkişafında mühüm rol oynadığını vurğulayıb, turnirin iştirakçılarına uğurlar arzulayıb.
Öz növbəsində, Azərbaycan şahmatçıları, qadınlar arasında beynəlxalq qrosmeysterlər Zeynəb Məmmədyarova və Gülnar Məmmədova çıxış ediblər. Şahmatın inkişafında əzmkarlığın və davamlı çalışmanın vacibliyini vurğulayıblar.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib