Cənubi Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri – Səfirliyin müşaviri və Missiya rəhbərinin müavini cənab Kim Changsoo və İqtisadi məsələlər üzrə baş assistent xanım Arzu Umarova SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
“İki sahil” xəbər verir ki, Ali Məktəbin Strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli ilə görüşdə Cənubi Koreya universitetləri ilə akademik əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə Səfirliyin mümkün dəstəyi müzakirə olunub. Tərəflər mühəndislik, enerji və informasiya texnologiyaları kimi sahələrdə birgə proqramlar və tədqiqat təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, 2025–2026-cı tədris ilindən etibarən Cənubi Koreyadan istedadlı tələbələrin BANM-da təhsili üçün şəraitin yaradılması, tanıtım tədbirləri, təqaüd proqramları və informasiya dəstəyi məsələləri nəzərdən keçirilib.