Bu gün Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın anadan olmasından 102 il ötür. Bu əlamətdar gün münasibətilə Zərifə Əliyevanın adını daşıyan Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseydə tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılardan bir qrupu tərəfindən akademik Zərifə xanım Əliyevanın büstü ziyarət olundu, ehtiram əlaməti olaraq önünə tər gül dəstələri düzülüb. Sonra foyedə böyük alimin adını daşıyan foto stendə baxış olub.
Tədbirin rəsmi hissəsi Ulu öndər Heydər Əliyevin, onun həyat yoldaşı və silahdaşı, böyük alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə məktəb liseyin direktoru Teymur Mustafayev açaraq geniş məruzə etdi, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə danışdı.
Tədbirdə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək akademik Zərifə xanım Əliyeva haqqında danışdı və onun üzv olduğu uğurlu ailə modelinin bütün Azərbaycan xalqı və dövlətinin inkişafı üçün necə böyük addımlar atdğını önə çəkdi.
Tədbirdə çıxış edən digər natiqlər rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov, Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov görkəmli alim Zərifə xanım Əliyeva haqqında öz dəyərli fikirlərini bölüşdülər, Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə və elminə verdiyi misilsiz töhfələrdən, onun yüksək insani keyfiyyətlərindən və gələcək nəsillərə nümunə olan həyat yolundan danışdılar. Həmçinin Zərifə xanımın adının yaşadılmasının gənclərin düzgün tərbiyəsində böyük rol oynadığını vurğuladılar.
Tədbirin bədii hissəsində məktəb- liseyin şagirdləri Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş şeirlər səsləndirdilər, xatirəsinə ithaf olunan mahnılar ifa etdilər.
Tədirin sonunda Zərifə xanımın həyat yolunu əks etdirən videoçarx izlənildi.