Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirib.
“İki sahil” xəbər verir ki, nazir burada aparılan təmir-bərpa işləri ilə tanış olub, işlərin hazırkı vəziyyəti və keyfiyyəti barədə ətraflı məlumat alıb.
Həmçinin III MDB Oyunlarında açılış və bağlanış mərasiminin keçiriləcəyi Gəncə şəhər stadionunda inşaat prosesi ilə tanışlıq olub. Tikinti sahəsinə baxış zamanı layihənin icra vəziyyəti, texniki göstəricilər və nəzərdə tutulan işlərin icra qrafiki müzakirə olunub.