Slovakiya millisinin sabiq futbolçusu Erik Yendrişek Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında iştirak edəcək.
“İki sahil” xəbər verir ki, Almaniyanın “Honnover”, “Şalke” və “Frayburq” komandalarının keçmiş hücumçusu ölkəmizin ev sahibliyi edəcəyi mundial üçün yığmasının heyətinə cəlb olunub.
Hətta forvard ölkəsində təşkil edilən Millətlər Liqasının final matçında ötən gün Azərbaycan millisinə qarşı da oynayıb.
Erik Yendrişek futbol üzrə Slovakiya yığmasının heyətində 37 matç keçirib və 4 qolla yadda qalıb.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək. Slovakiyanın minifutbol yığması Bolqarıstan, Portuqaliya və Hindistanla birlikdə D qrupunda mübarizə aparacaq.