03 may 2025 08:55
128

Litva rusların Rusiya və Belarusa səyahətinə məhdudiyyətlər qoyur

Litvada yaşayan rusların Rusiya Federasiyası və Belarusiyaya səyahətinə məhdudiyyətlər qüvvəyə minib.

İki sahil”in TASS-a istinadla verdiyi məlumata görə, genişləndirilmiş sanksiyalar üç təqvim ayı ərzində “obyektiv səbəb olmadan” Rusiya Federasiyasına və ya Belarusa bir neçə dəfə səfər etmiş şəxslərin müvəqqəti yaşamaq icazələrinin avtomatik ləğvini nəzərdə tutur. Miqrasiya Departamentinin məlumatına görə, Litvada 14,7 minə yaxın rus müvəqqəti yaşamaq icazəsi ilə yaşayır.

Eyni tədbir Belarus vətəndaşları üçün də təklif edilib, lakin Seym bunu dəstəkləməyib.

Milli sanksiyalar rejimi 2023-cü ildə Vilnüs tərəfindən tətbiq edilib və bir neçə dəfə uzadılıb. Bu tədbir Rusiya Federasiyası və Belarus vətəndaşlarına qarşı milli sanksiyalar paketinin bir hissəsidir. Artıq məhdudiyyətlər 2026-cı il mayın 2-dək uzadılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”