03 may 2025 14:33
146

Mançini "Milan"a baş məşqçilik edə bilər

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini "Milan"ı çalışdıra bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb.

Mançini "Milan"ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdədir. Yayda klub komandanın hazırkı baş məşqçisi Serxio Konseysao ilə əməkdaşlığa son qoymağı planlaşdırır. “Milan” rəhbərliyi yeni tsiklə başlamaq və Mançinini baş məşqçi vəzifəsinə dəvət etmək istəyir.

Roberto Mançininin son iş yeri ötən ilin oktyabr ayının sonunda tərk etdiyi Səudiyyə Ərəbistanı milli komandası olub.