Bakıda 49 yaşlı piyadanı avtomobil vurub.
“İki sahil” xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivi ərazisində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Rauf Hacıyevi avtomobil vurub.
Hadisə yerinə təcili yardım cəlb edilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib.