04 may 2025 09:20
92

"Böyük Dəbilqə": Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq.

“İki sahil” xəbər verir ki, Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) 1/16 finalda tatami üzərinə çıxacaq.

Yarışlar Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.