04 may 2025 22:53
109

Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanıb

Bu il Tərtər rayonunda 11 tona yaxın yaş barama istehsal edilməsi proqnozlaşdırılır.

Barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 280 qutu ipəkqurdu toxumu gətirilərək tərtərli kümçülərə paylanılıb.

Qeyd edək ki, ötən il Tərtər rayonunda 9,3 ton barama istehsal edilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.

AZƏRTAC