05 may 2025 01:22
102

İran 1200 km mənzilli yeni “Qassem Basir” ballistik raketini sınaqdan keçirib

İran 1200 kilometr mənzilə malik yeni nəsil “Qassem Basir” ballistik raketinin sınağını uğurla həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı ölkənin “Mehr” agentliyi yayıb.

Məlumata görə, yeni raket modeli ötən il İsrailə qarşı həyata keçirilən “True Promise 1 və 2” adlı cavab əməliyyatlarından əldə olunan təcrübə əsasında hazırlanıb və yüksək manevr qabiliyyəti ilə seçilir. Raket konkret hədəfləri müəyyən edib vurmaq qabiliyyətinə malikdir və GPS sistemi olmadan da işləyə bilir.

İranın müdafiə naziri Əziz Nəsirzadə məsələ ilə bağlı bildirib: “Biz qonşularımızla düşmən deyilik, onlar bizim qardaşlarımızdır. Lakin əgər onların ərazisində Amerika bazaları yerləşərsə, həmin obyektlər bizim potensial hədəfimiz olacaq”.