“Maklaren” komandasının Avstraliyalı pilotu Oskar Piastri 2025-ci il “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının altıncı mərhələsi – Mayami Qran-prisinin qalibi olub.
“İki sahil” xəbər verir ki, ikinci yeri “Maklaren”in britaniyalı pilotu Lando Norris tutub.
Ən yaxşı üçlüyü “Mercedes”i təmsil edən britaniyalı Corc Rassel qapayıb.
Piastri 131 xalla çempionatın ümumi hesabında liderlik edir. İkinci yeri komanda yoldaşı Norris (115) tutur, lider üçlüyü son dörd mövsümün dünya çempionu, “Red Bull”un Niderland pilotu Maks Ferstappen (99) tamamlayır.
Konstruktorlar Kubokunda “Maklaren” (246 xal) liderlik edir. Aparıcı üçlükdə həmçinin “Mercedes” (141) və “Red Bull” (105) yer alır.
Dünya çempionatının yeddinci mərhələsi mayın 16-dan 18-dək İtaliyanın İmola şəhərində keçiriləcək.