05 may 2025 12:53
134

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirəcək

Ümummilli lider Heydər Əliyevin xalqımızın rifahı, müasir Azərbayacanın inkişafı istiqamətində əvəzsiz xidmətləri var. Onun mədəniyyətimizin inkişafına göstərdiyi qayğı və diqqət fəaliyyətinin xüsusi bir şaxəsini təşkil edir.

“İki sahil” xəbər verir ki,  Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirəcək. Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə təşkil olunacaq elmi seminar 7 may 2025-ci il, saat 15:00-da ittifaqın Üzeyir Hacıbəyli adına konsert zalında baş tutacaq.

Seminarda Ulu öndərin musiqi, kino, təsviri incəsənət, ədəbiyyat və bu kimi sahələrə göstərdiyi qayğı və diqqətdən bəhs olunacaq. Tədbirdə iştirak edən elm və incəsənət xadimləri mövzularla bağlı öz tədqiqatlarını, düşüncə və xatirələrini bölüşəcəklər. Eyni zamanda Heydər Əliyevin sevdiyi musiqi əsərlərindən də nümunələr səslənəcək.