05 may 2025 15:45
106

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kiyevə gedib

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis bu ölkənin səfirliyinə rəhbərlik etmək üçün Kiyevə gedib.

“İki sahil” RT-yə istinadıa xəbər verir ki, bu barədə ABŞ diplomatik missiyası bildirib.

X sosial mediada “Biz yeni müvəqqəti işlər vəkili Davisi Kiyevdə salamlamaqdan məmnunuq” postu yerləşdirilib.

Mayın 1-də məlum olub ki, ABŞ-ın Kiprdəki keçmiş səfiri Devis Ukraynada müvəqqəti işlər vəkili təyin edilib.

Aprel ayında ABŞ Dövlət Departamenti Bridget Brinkin Ukraynadakı səfir vəzifəsindən istefa verdiyini təsdiqləyib.