SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) növbəti komandası TEKNOFEST-də mükafatlandırıldı!
“İki sahil” xəbər verir ki, TEKNOFEST-2025 texnologiya festivalında fəal iştirak edən #BANM-ın “Xudafərin BHOS” komandası lll yerə layiq görülüb.
Komanda Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji kateqoriyası üzrə bürünc medal əldə edib.
Komandanın üzvləri Kimya mühəndisliyi ixtisasının lV kurs tələbələri Elnur İslamov, Elnur Məmmədov, Nihad Səfərli, Nəzrin Əfəndiyeva və İlham Kərimlidir. Elmi rəhbəri isə BANM-ın Kimya kafedrasının müəllimi Aysel Məmmədovadır.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib