Rusiya müharibənin 1167-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 55 452 PUA-sı, 605 zenit-raket kompleksi, 23 153 tank və digər zirehli texnikası, 1 558 reaktiv yaylım atəş sistemi, 24 435 artilleriya və minaatanı, 35 005 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.