06 may 2025 08:51
76

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edək ki, Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq ötən gün axşam saatlarında Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınmışdı.