06 may 2025 14:44
132

Kaan Ayhanla yeni müqavilə imzalanıb

Türkiyənin “Qalatasaray” komandası futbolçusu Kaan Ayhanla yeni müqavilə imzalayıb.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, 30 yaşlı oyunçu ilə sözləşmənin müddəti daha 1 il uzadılıb. Yeni anlaşmaya əsasən, təcrübəli müdafiəçi 2027-ci ilin yayınadək İstanbul təmsilçisinin formasını geyinəcək.

Kaan Ayhan “Qalatasaray”ın heyətində 93 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.