“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun oğlu Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
“İki sahil” xəbər verir ki, kiçik Ronaldo karyerasında ilk dəfə milliyə dəvət alır.
Portuqaliyanın U-15 komandası Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq.
Qeyd edək ki, Ronaldo Junior "Əl-Nəsr"in gənclər komandasında oynayır. O, əvvəllər "Pozuelo", "Yuventus" və "Real"ın akademiyalarında çıxış edib.