Ağdaşda qardaşını mülk üstündə öldürməkdə təqsirləndirilən Qalib Musayevin sonuncu məhkəmə prosesi keçirilib.
“İki sahil” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Qalib Musayev 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Ağdaş rayonunda baş verib.
Belə ki, Qalib Musayev mübahisə nəticəsində qardaşı Mirmehdi Musayevi bıçaqlayaraq qətlə yetirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.