06 may 2025 18:07
109

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 6-da qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Bu barədə "İki sahil"ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.