07 may 2025 03:11
127

Pakistan ordusu Hindistanın beş qırıcısını vurub

Pakistan Hərbi Hava Qüvvələri daha bir neçə Hindistan təyyarəsini vurub.

“İki sahil” xəbər verir ki, bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadla məlumat yayıb.

“Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, - telekanalın mənbələri qeyd ediblər.

Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib.  Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.