07 may 2025 10:35
131

Pakistan hərbi əməliyyatların dayandırılması üçün ŞƏRTİNİ açıqladı

"Hindistan "Sindur" hərbi əməliyyatını və digər təcavüzkar hərəkətləri dayandırarsa, Pakistan münaqişədə gərginliyi artırmayacaq".

“İki sahil” xəbər verir ki, bu açıqlama ilə Pakistanın müdafiə naziri Xavaca Asif "Bloomberg" agentliyinə müsahibəsində deyib.

"Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq. Lakin bizə hücum edildiyi müddətdə biz cavab verməli və özümüzü müdafiə etməli olacağıq", - deyə X. Asif bildirib.

İki ölkə arasında qarşılıqlı zərbələrdən sonra danışıqların mümkünlüyünə dair suala cavab verən nazir qeyd edib ki, o, belə təmasların olmasından xəbərsizdir.