46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın seçicilərlə növbəti qəbulu baş tutub. Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.
“İki sahil” xəbər verir ki, görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən işsizlik, işıq, məişət və digər məsələlər ətrafında olub. Deputat hər bir müraciəti diqqətlə dinləyib, bir sıra məsələlər yerindəcə həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Eyni zamanda digər məsələlər isə nəzarətə götürülüb.
Deputat Elnarə Akimova da öz növbəsində vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğulayıb. O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd edib. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq olub.