Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Suriya məsələsində Rusiya və ABŞ-ın eyni mövqedə olduğunu deyib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bizim Suriyadakı siyasi proseslərlə bağlı ABŞ-la oxşar yanaşmalarımız var. Biz ölkədə ekstremist qüvvələrin gücləndirilməsinin, “yatmış” terror hüceyrələrinin dirçəldilməsinin və aktivləşməsinin yolverilməzliyi ilə bağlı fikrimizdə həmrəyik”, - TASS onun sözlərindən sitat gətirib.
Bundan əlavə, diplomatın sözlərinə görə, hər iki ölkə Şuriyada mövcud hökumətin sabitləşdirilməsi və inklüziv milli dialoqun təşviqi istiqamətində səylərini dəstəkləyir.