08 may 2025 16:42
108

Orban Ukraynanı Avropanın kənd təsərrüfatı üçün təhlükə adlandırıb

Macarıstanın baş naziri Viktor Orban Ukraynanı Avropanın kənd təsərrüfatı üçün təhlükə adlandırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o,  X sosial şəbəkə hesabında yazıb.

"Ukrayna Avropanın əkin sahələrinin 40%-nə nəzarət edir. Bazarı ucuz ərzaq məhsulları ilə doldurmaqla Aİ-nin kənd təsərrüfatına ziyan vuracaq və resurslarımızı tükəndirəcək", - o, X sosial şəbəkəsində yazıb.

Orban vurğulayıb ki, Macarıstan Ukraynanı iflasdan xilas etməkdən imtina edir.

Bundan əvvəl Politico xəbər vermişdi ki, Avropa Komissiyası Ukrayna üçün ticarət güzəştlərini uzatmayacaq.