10 may 2025 10:05
88

Mikayıl Cabbarov: "Heydər Əliyev xalqını çətin sınaqlardan uğurla çıxarmış dahi şəxsiyyətdir"

Ümummilli Lider Heydər Əliyev xalqını çətin və taleyüklü sınaqlardan uğurla çıxarmış, ölkəmizin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Onun müdrikliyi, uzaqgörənliyi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmləndi, bugünkü güclü və müasir Azərbaycanın təməli qoyuldu. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkəmizin dinamik yüksəlişinin əsasını təşkil edir. Bu strateji xəttin bünövrəsində dayanan milli dövlətçilik amalları hər birimiz üçün zəngin örnəkdir. Ulu Öndər Heydər Əliyevi 102-ci ildönümündə ehtiramla anır, əziz xatirəsini dərin hörmətlə yad edirik", - deyə qeyd edib.