10 may 2025 11:57
66

"Əl-Nəsr" Ronaldo ilə müqavilədən imtina edə bilər

Kriştiano Ronaldonun "Əl-Nəsr"dəki gələcək taleyi sual altındadır.

“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçunun davranışları klub rəhbərliyinin onunla bağlı fikirlərində tərəddüd yaradıb.

Ronaldonun "Əl-Nəsr"in Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda "Əl-İttihad"a uduzduğu (2:3) matçdan sonrakı hərəkətləri klub rəhbərliyinin xoşuna gəlməyib. Oyundan dərhal sonra portuqaliyalı futbolçu soyunub-geyinmə otağına getməyib və hirsli jestlər edərək stadionu tərk edib.

Mənbənin məlumatın görə, "Əl-Nəsr"lə Ronaldo əvvəlcə müqavilənin müddətini iki il uzatmaq barədə razılığa gəliblər, lakin hazırda vəziyyət dəyişib. 

Qeyd edək ki, 2023-cü ildən "Əl-Nəsr"də çıxış edən Ronaldonun klubla müqaviləsi iyunun 30-na qədərdir.