Azərbaycan dövlətinin yaradıcısı, müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiram və dərin hörmətlə yad edirik. Müasir Azərbaycanın uğurlarının banisi və əldə etdiyimiz bütün möhtəşəm qələbələrin əsas səbəbkarı vaxtilə Ulu Öndərin yaratdığı güclü dövlətçilik, iqtisadi əsaslar və uzun illərə söykənən gələcək iqtisadi strategiyası olmuşdur. Məhz Ulu Öndərin qətiyyəti ilə Azərbaycan dövlət olaraq məhv olmaqdan xilas olmuş, regionda güclü, müasir və gələcəyə yönəlik bir dövlət qurulmuşdur.
Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçən dövr ərzində bu strategiyanın uğurla davam etdirərək möhtəşəm bir qələbə qazanmış, ərazi bütövlüyünü təmin etmiş, müstəqil, özünə əmin olan və iqtisadi cəhətdən ən güclü dövlətinə çevrilmişdir: "Əminəm ki, bundan sonra da müasir və güclü Azərbaycanın inkişafında, xalqın təhlükəsizlik və daha yaxşı yaşamasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya həlledici rol oynayacaq."
Səbinə Qorxmaz "İki sahil"
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir