Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) media strukturları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü mövzusunu geniş şəkildə işıqlandırır.
“İki sahil” xəbər verir ki, görkəmli dövlət xadiminin həyat yoluna və tarixi roluna həsr olunmuş nəşrlər və infoqrafika ilə yanaşı, müasir Azərbaycanın memarının anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərdən materiallar hazırlanıb.
Qardaş Türkiyənin media orqanları ölkənin müxtəlif yerlərində, o cümlədən Ankarada, Qarsda, İqdırda, Kütahyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər barədə geniş ictimaiyyətə məlumat verib. Materiallarda Ümummilli Liderin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa verdiyi misilsiz töhfələrdən bəhs edilir.
Eyni zamanda, ŞKTC mətbuatı Şimali Kipr universitetlərindən birində Heydər Əliyev irsinə həsr olunmuş konfransın keçirilməsi barədə məlumat yayıb.
İki qardaş ölkənin media strukturlarının sosial şəbəkələrdəki səhifələrində də Azərbaycanın dahi oğluna həsr olunmuş materiallar yerləşdirilir.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib