10 may 2025 22:40
103

Naxçıvanda konsert və atəşfəşanlıq olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Naxçıvan Kitab Festivalı davam edir.

“İki sahil” xəbər verir ki, festival çərçivəsində mayın 10-da Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivlərinin, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun iştirakı ilə konsert proqramı keçirilib. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Qeyd edək ki, konsert proqramı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.