11 may 2025 13:13
151

Şri-Lankada sərnişin avtobusu uçurumdan aşıb, 21 nəfər ölüb

Bu gün səhər saatlarında Şri-Lankada sərnişin avtobusunun uçurumdan aşması nəticəsində 21 nəfər həyatını itirib.

İki sahil” DHA-ya istinadla xəbər verir ki, hadisə Paytaxt Kolombodan təxminən 140 kilometr şərqdə, Kotmale bölgəsi yaxınlığında baş verib.

Rəsmilər qəza nəticəsində 21 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.

Yaralıların xəstəxanaya aparıldığını bildirən polis, qəzanın səbəblərinin araşdırıldığını deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”