11 may 2025 22:11
157

İran prezidenti ABŞ-la danışıqlara ehtiyac olduğunu açıqlayıb

İran dinc nüvə enerjisini inkişaf etdirmək öhdəliyini təsdiqləmək üçün ABŞ ilə dolayı danışıqlar aparır və heç vaxt öz hüquqlarından əl çəkməyəcək.

İki sahil”in məlumatına görə, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

"Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və buna cəhd etməyəcək, lakin heç bir halda dinc nüvə enerjisinə dair hüquqlarından imtina etməyəcək", - İran hökumətinin Telegram kanalı prezidentin sözlərini sitat gətirir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”