12 may 2025 20:03
99

Britaniya Baş nazirinin evində yanğın olub

Britaniyanın Baş naziri Kir Starmerin Londonun şimalındakı evində yanğın baş verib.

“İki sahil” “Daily Mail”ə istinadla xəbər verir ki, yanğın bu gün səhər saatlarında qeydə alınıb. Hadisə nəticəsində evin giriş qapısı zərər görüb. Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb və hadisə yerində polis nəzarəti hələ də qüvvədədir.

Polis baş vermiş yanğınla bağlı araşdırma aparır.