12 may 2025 09:01
98

Ərdoğan bu gün hökumətin iclasını keçirəcək

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin iclası keçiriləcək.

İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, iclasda PKK-nın tərksilah və dağılma qərarından sonra izlənəcək yol xəritəsi müzakirə olunacaq.

İclasda PKK terror təşkilatının verəcəyi bəyanat müzakirə olunacaq.

İclasda PKK-nın ləğvindən sonra yaradılacaq yol xəritəsinin də dəyərləndirilməsi gözlənilir.

İclasda Rusiya və Ukrayna arasında sülh danışıqları ilə bağlı atılacaq addımlar da müzakirə olunacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”