12 may 2025 11:58
89

Çin ABŞ mallarına rüsumları 24 faiz azaldacaq

Çin və ABŞ ticarət tarifləri ilə bağlı danışıqlardan sonra birgə bəyanat yayıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb.

Yeni sazişlərə əsasən, tərəflər 90 gün ərzində idxal olunan məhsullar üzrə qarşılıqlı tarifləri 24 faiz bəndi azaldacaq. Eyni zamanda, əsas rüsum 10% səviyyəsində qalacaq. Müqavilənin bəndləri mayın 14-dək həyata keçirilməlidir.

"Qeyd olunan tədbirlər başa çatdıqdan sonra tərəflər iqtisadi və ticarət əlaqələri üzrə müzakirələrin davam etdirilməsi üçün mexanizm yaradacaqlar. Bu müzakirələrdə Çin tərəfini Dövlət Şurasının baş nazirinin müavini He Lifeng, Amerika tərəfini isə maliyyə naziri Skot Bessent təmsil edəcək" - deyə,  Ağ Evin saytındakı sənəddə deyilir.