1984-cü ildə terror fəaliyyətinə başlayan PKK terror təşkilatı silahlarını yerə qoyduğunu açıqlayıb.
“İki sahil”in “Haber Global”a istinadla verdiyi məlumata görə, PKK 12-ci Qurultay Şurasının bəyanatında deyilir ki, “Lider Abdullah Öcalanın (APO – red.) 27 fevral bəyanatı ilə başlayan proses, həyata keçirdiyi çoxşaxəli işlər və fərqli üslublarda təqdim etdiyi perspektivlər 5-7 may tarixləri arasında toplanan 12-ci Partiya Qurultayımızın uğurla başa çatmasına səbəb oldu”.
"PKK-nın Fövqəladə 12-ci Qurultayında PKK-nın tarixi missiyasını başa vurduğu qiymətləndirilib. Bu əsasda PKK-nın 12-ci Qurultayında PKK-nın təşkilat quruluşunun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması, praktiki prosesin lider APO tərəfindən idarə olunması və həyata keçirilməsi ilə bağlı qərar verilib və bununla da PKK adı altında aparılan işlərə son qoyulub".
Məhərrəm Ağalaroğlu, “İki sahil”